Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Dr. Sevinc Kərimova canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Dr. Sevinc Kərimova canlı yayımda çıxış edəcək Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Dr. Sevinc Kərimova 15 yanvar 2020-ci il tarixində saat 16.00-da “Papiloma virusları” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.
Qeyd edək ki, Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir. 1996-2009-cu illərdə Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir.
Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər