Direktorların işə qəbulu imtahanı nəticələrinin təhlili şəxsi səhifələrə göndərilib

Direktorların işə qəbulu imtahanı nəticələrinin təhlili şəxsi səhifələrə göndərilib Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.
namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər. Namizədlər, eyni zamanda, “Test tapşırıqlarına bax” xanasına daxil olub “İmtahanlar” bölməsindən “Köhnə imtahanlar” xanasını, daha sonra “Təfsilata bax” butonunu klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər.
Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Müsahibə mərhələsi üçün keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən ediləcək, şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər