
Zoom platformasında keçirilən vebinarda fakültənin rəhbərliyi və tələbələri, Xarici Dillər Mərkəzinin müəllimləri, ADPU-nun məzunlarından Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın məktəbli oğlu Mərdan, Bakı şəhərinin müxtəlif məktəblərindən olan məktəblilər iştirak ediblər.
Fakültənin dekan müavini dosent Mətanət Əsgərova bütün iştirakçıları salamlayaraq bu tip görüşlərin şəhidlərimizin təbliği və məktəblilərin tərbiyəsində oynadığı önəmli roldan söz açıb.
Tədbirdə çıxış edənlər şəhid müəllimlərimizin həyatından, qəhrəmanlıqlarından danışıb, şeirlər səsləndiriblər. Şəhid tələbə və məzunların həyatından bəhs edən videoçarxlar nümayiş edilib. Kiçik yaşlı məktəblilərin mükəmməl çıxışları tədbirə xüsusi rəng qatıb.
Tehsil-press.az