“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universitetinin (SPDU) dəstəyi ilə “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayıb.
Layihə çərçivəsində onlayn təlimin ilk sessiyasında ТРКИ imtahanının yoxlama-ölçmə materiallarına dair rəsmi sənədlər (rus dili xarici dil kimi fənninin proqramları və standartları), CEFR təqdim olunub.
Üç həftə davam edəcək təlimdə iştirakçılar aşağıdakı mövzulara dair bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər:
-dil bacarıqlarının qiymətləndirilməsində nəzəri anlayışlar;
-Dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) dil bacarıqlarının qiymətləndirilməsinə tətbiqi;
-qrammatika və lüğət bazasının qiymətləndirilməsi;
-fərqli səviyyələr üzrə oxu, dinləmə, yazı və şifahi nitqin qiymətləndirilməsi.
Xatırladaq ki, layihənin iştirakçıları DİM-in rus dili xarici dil kimi fənni üzrə ekspertləri və daha öncə elan edilmiş müsabiqə əsasında seçilmiş rus dili müəllimləridir.
“Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsi üzrə təlimçi SPDU-nun rus dilinin qiymətləndirilməsi üzrə mütəxəssisləridir.

Tehsil-press.az

Oxşar xəbərlər