Bakı Xoreoqrafiya Akademiyasında “Nizami Gəncəvi 880: bəşəri ideyalar carçısı” mövzusunda tədbir

Bakı Xoreoqrafiya Akademiyasında “Nizami Gəncəvi 880: bəşəri ideyalar carçısı” mövzusunda tədbir Bakı Xoreoqrafiya Akademiyasının İctimai fənlər kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi 880: bəşəri ideyalar carçısı” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə mütəfəkkir şairin dünya ədəbiyyatındakı yeri vurğulanaraq onun şəxsiyyətindən və zəngin bədii irsindən söz açılıb.
Tədbirdə, həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi klassik Azərbaycan, bütövlükdə türk dünyasının ədəbiyyatı və mədəniyyətinə olan dərin ehtiramın təzahürüdür. Dahi şairin zəngin bədii irsi 880 ilin çərçivəsinə sığmır, mütəfəkkir sənətkar bütün əsrlərin müasiridir. Nizami Gəncəvi yaradıcılığı dünya ədəbiyyatı tarixində xüsusi mərhələ, yeni tarixi dövr və müdriklik zirvəsidir. Şairin tərənnüm etdiyi ideyalar həm də bəşəriyyətə ünvanlanıb. Dahi söz ustadı əsərləri ilə bütün dünya xalqlarını ədalətə, humanizmə, saf sevgiyə çağırıb. Onun “Xəmsə”si mənəviyyat xəzinəsidir. Azad cəmiyyət problemi və humanizm ideyaları XII əsr Azərbaycan ədəbiyyatında öz böyük təntənəsini Nizami Gəncəvinin sənət dünyasında tapıb.
Tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri, professor Maral Manafova, sənətşünaslıq üzrə elmlər doktoru Vəfa Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fərhunə Atakişiyeva və akademiyanın müəllimləri dahi şairin yazdığı əsərlərin ümumbəşəri əhəmiyyətinin başlıca xüsusiyyətlərindən söz açıblar.

Tehsil-press.az


Oxşar xəbərlər