BDU-da vebinar: Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq

BDU-da vebinar: Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda növbəti elmi vebinar keçirilib.
Vebinarda Şahvələd Mustafayevin “Quyularda boruarxası qazın yığılması üçün yerüstü avadanlıq” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ştanqlı quyu nasos üsulu ilə istismar olunan quyularda boruarxası fəzadan ayrılan qaz yığılması üçün yerüstü avadanlıq işlənib hazırlanması haqqında məlumat verilib, bu avadanlıqların quyuda əlverişli iş rejimi yaradacağı, boruarxası qaz itkisinin qarşısını alacağı diqqətə çatdırılıb.
Vebinarda Türkiyə və İrandan olan riyaziyyatçı alimlər, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər