
Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Hindistandan 300 mütəxəssisin iştirak etdiyi konfransda 157 məruzə dinlənilib. Hər iki universitetin rektoru, professorlar Gülçöhrə Məmmədova və Vladimir Onişenko təbrik nitqi ilə çıxış edib, iştirakçılara və konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Poltava Milli Texniki Universitetinin professoru Yuri Vinnikovun məruzələri dinlənilib.
Tehsil-press.az