
Türk dünyasının bir araya gəlməsində önəmli rolu olan Simpoziumda BSU-nu Azərbaycan filologiyası fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müəllimi Şəhla Əhmədova “Azərbaycan dilində sayların semantikasının leksikoqrafik həlli”, Türkologiya kafedrasının dosenti Xatirə Abdullayeva “Klassik ədəbi dildə işlənən ərəbizmlərdən antroponimliyə keçid”, həmin kafedranın dosenti Gülnarə Əliyeva Koşkun “XX əsrdə Rusiyada türk lüğətçiliyi araşdırmaları” və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Ziyafət Qasımova “Azərbaycan mədəniyyəti nümunələrinin xalaç variantlarına uyğunluğu” adlı məruzələri ilə təmsil edib.
Təşkilat Komitəsi adından Azərbaycan nümayəndə heyətinə sertifkatlar təqdim olunub. Simpozium iştirakçıları daha sonra Samsun şəhərinin tarixi və görməli yerləri ilə tanış olub. Alimlərimiz simpoziumdan ayrılarkən belə bir möhtəşəm tədbirin keçirilməsinə və yüksək qonaqpərvərliyə görə Təşkilat Komitəsinə təşəkkürlərini bildiriblər.
BSU-nun Mətbuat Xidməti
