
Dünyanın müxtəlif ölkələrindən tarixçilərin qatıldığı tədbirdə universitetin prorektoru, professor Sani Hacıyevin “Ermənilərin Osmanlı imperiyasında hüquqi və sosial statusuna dair”, dosentlər Arzu Məmmədovanın “Erkən orta əsrlərdə Cənubi Qafqazın türk toplumu: Cənubi Qafqazın erkən orta əsr tarixinə yeni bir baxış”, Elvira Lətifovanın “XIX yüzillikdə Rusiya istilasına qarşı Qafqaz xalqlarının azadlıq üsyanı: 1844-cü il İlisu üsyanı nümunəsində”, professor Sevda Süleymanovanın “Əli bəy Hüseynzadənin türkçülük ideyaları” mövzularında məruzələri maraqla dinlənilib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün dəstəyilə ilk dəfə 1932-ci ildə təşkil olunmuş və 4 ildən bir ənənəvi keçirilən Türk Tarix Konqresi Türkiyənin tarix elmində ən nüfuzlu elmi tədbiri hesab olunur.
Hikmət Əliyev