Bu il Azərbaycanda 11-ci sinfi 84 min 169 nəfər bitirəcək
Bu il Azərbaycanda ümumi təhsil müəssisələrinin 11-ci sinfini 84 min 169 nəfər bitirəcək. Bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib. O bildirib ki, ümumi təhsil məktəblərində 9-cu sinfi bitirən şagirdlərin sayı isə 131 min 227 nəfərdir.