
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələröbəsinin müdiri Rəşad Mehdili
bildirib ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, uşağın anadan olmasına görə birdəfəlik müavinət (200 manat) verilir:
“Yeni doğulan beş uşağın hər birinə görə 200 manat məbləğində birdəfəlik müavinət olmaqla, həmin ailəyə ümumilikdə 1000 manat məbləğində birdəfəlik müavinət veriləcək. Bu müavinətin təyinatı proaktiv qaydada həyata keçiriləcək”.
R.Mehdili deyib ki, bundan başqa, ailə aztəminatlıdırsa, ünvanlı dövlət sosial yardımla bağlı elektron qaydada müraciət də edə bilər:
“Bu zaman ailənin ünvanlı dövlət sosial yardımla bağlı hüququnun yaranıb-yaranmayacağına baxıla bilər”.
Tehsil-press.az