“Məni gör” sosial layihəsi hazırlanıb

“Məni gör” sosial layihəsi hazırlanıb Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə tərəfindən “Sağlamlıq psixologiyası” (Health Psychology) fənninin tədrisi zamanı ikinci kurs tələbələri ilə birlikdə “Məni gör” sosial layihəsi hazırlanıb.
Fənnin əsas predmetlərindən olan cəmiyyətin psixoloji mövzularda maariflənməsi və sağlamlıq layihələrinin təşkil edilməsi kimi mövzuların təkcə nəzəriyyədə öyrənilməsi deyil, həm də biliklərin praktiki olaraq tətbiq edilməsi tələbələrin gələcəkdə psixoloq kimi yetişmələrini təmin edir və sosial layihələrdə də əksini tapır. Tələbələrin nəinki nəzəri, həmçinin psixoloji və sosial inkişafına xidmət edən və ənənə halını alan belə sosial layihələr maraqla qarşılanır.
Qeyd edək ki, “Məni gör” layihəsinin əsas məqsədi fərdlərin öz psixoloji sağlamlıqları haqqında biliklərini artırmaqdır
Layihə ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş linkə keçid edərək tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər