Fəlsəfə İnstitutunda magistrantlar üçün təhsil distant qaydada davam etdirilir

Fəlsəfə İnstitutunda magistrantlar üçün təhsil distant qaydada davam etdirilir AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, Fəlsəfə İnstitutunda da magistrantlar üçün təhsil distant qaydada davam etdirilir.
Sosial psixologiya ixtisası üzrə təhsil alan magistrantlara “Müasir sosial-psixoloji konsepsiyalar”, “Müasir cəmiyyətin aktual sosial-psixoloji problemləri”, “Kiçik qruplarda sosial-psixoloji məsləhət” və “Ünsiyyət və işgüzar münasibətlərin psixologiyası” fənləri tədris edilir.
Gültəkin İsmayılova, Xalidə Xəlilova, Elnur Rüstəmov və Məhərrəm Əliyevin tədris etdiyi distant təhsilin gedişatı Fəlsəfə İnstitutunun Təhsil şöbəsi tərəfindən mütəmadi nəzarətdə saxlanılır, müəllimlərə lazımi tapşırıq və tövsiyələr verilir.

Tehsil-press.az

Oxşar xəbərlər