BDU-nun Jurnalistika fakültəsində Elmi şuranın iclası

BDU-nun Jurnalistika fakültəsində Elmi şuranın iclası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində cari tədris ilində Elmi şuranın son iclası keçirilib.
İclasda fakültənin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu gündəlikdə duran məsələlər barədə məlumat verib.
Fakültənin tütoru Arzu İsayeva bakalavr pilləsində yay imtahan sessiyasının nəticələri, buraxılış işləri müdafiəsinin yekunu, elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva magistratura pilləsində keçirilən imtahan sessiyasının nəticələri, magistr dissertasiyalarının müdafiəsinin yekunu, keyfiyyət və müvəffəqiyyət göstəriciləri haqqında məlumat veriblər.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Həmid Vəliyev, Qulu Məhərrəmli, Akif Rüstəmov, dosent Aygün Əzimova ümumi sessiya ilə bağlı münasibətlərini bildiriblər.
Sonra elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Aytəkin Zeynalovanın elmlər doktoru proqramı üzrə mövzusunun təsdiqi və elmi məsləhətçisinin təyin olunması ilə bağlı qərarlar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər