“Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin ilk onlayn təlimi

“Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin ilk onlayn təlimi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində “Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin ilk onlayn təlimi keçirilib.
Pilot layihənin məqsədi DİM-in fəaliyyəti üzrə daxili nəzarət mexanizminin formalaşdırılması və təkmilləşdirilməsi ilə digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir. Təlim iştirakçıları SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən “COSO” daxili nəzarət sisteminin əsas komponentləri, prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyası barədə təqdimatı dinləyib, fikir mübadiləsi aparıblar.
İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.
Təlim iyulun 22-də və 26-da pilot layihəyə qoşulmuş dövlət qurumları üçün təqdimatlarla davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər