“Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində növbəti onlayn təlim

“Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində növbəti onlayn təlim Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” üzrə pilot layihənin növbəti onlayn təlimi keçirilib.
Təlimdə daxili audit üzrə təcrübəli ekspert Andra Larin tərəfindən pilot dövlət qurumlarının auditorları üçün daxili auditin əsas anlayışlarına aid olan standartlar, məqsədlər, prinsiplər, eyni zamanda, sənədlər (nizamnamə, etik qaydalar və digər) barədə təqdimat nümayiş etdirilib.
Xatırladaq ki, pilot layihənin iştirakçı qurumları olaraq İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Mədəniyyət Nazirliyi, Dövlət Statistika Komitəsi, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi seçilib.
Təlimdə iştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib. Təlim iyulun 26-da strateji və illik planlaşdırmaya həsr olunmuş mövzu ilə davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər