Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə gəlib

Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə gəlib Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.
Layihənin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədilə yenidən hazırlanması” adlı birinci komponenti çərçivəsində respublikamıza gələn ekspert missiyasına Latviyanın Riqa Stradiņš Universitetinin tədris məsələləri üzrə prorektoru Tatyana Koke daxildir.
Missiyanın məqsədi prioritet ixtisaslar üzrə ali təhsil proqramlarının ötən missiyalar zamanı hazırlanmış yeni formatının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi və pilot ali təhsil müəssisələrində səriştəəsaslı, tələbəyönümlü təhsil proqramlarının işlənilməsi sahəsində potensialın artırılmasıdır.
Missiya çərçivəsində sözügedən təhsil proqramlarının yeni formatının təkmilləşdirilməsi istiqamətində iş aparılıb. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində professor-müəllim heyətinin iştirakı ilə seminarlar keçirilib.
Ekspert Latviya ali təhsil məkanının Bolonya prosesinə qoşulması təcrübəsi, həmçinin təhsil proqramlarının səriştəəsaslı və tələbəyönümlü təlim nəticələrinin formalaşdırılması ilə bağlı təqdimatlarla çıxış edib.

Tehsil-press.az

Oxşar xəbərlər