Azərbaycan Texniki Universiteti və OSTİMTech tələbələri üçün ortaq tədris proqramı yaradılacaq

Azərbaycan Texniki Universiteti və OSTİMTech tələbələri üçün ortaq tədris proqramı yaradılacaq Azərbaycan Texniki Universiteti (AzTU) və OSTİMTech tələbələri üçün ortaq tədris planı üzrə menecment və sənaye mühəndisliyi proqramı yaradılacaq.
Əsas məqsəd bu proqrama qoşulan tələbələrin keyfiyyətli təhsil almalarıdır.
Texniki Universitetin tələbələri birgə proqramda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında müəyyən edilmiş lazımi balı toplamalı, həmçinin OSTİMTech-in əcnəbi tələbə qəbulu üzrə tələbini yerinə yetirməlidir.
Qeyd edək ki, proqramın müddəti 4 ildir. Birgə bakalavr proqramını müvəffəqiyyətlə bitirən hər bir tələbə menecment və sənaye mühəndisliyi ixtisası üzrə AzTU və OSTİMTech-in diplomuna sahib ola biləcək.
Xatırladaq ki, qardaş ölkə universitetlərinin əməkdaşlığı çərçivəsində artıq bir neçə aydır AzTU-da ingilis dili fənni OSTİMTech-in proqramı əsasında tədris olunur.

Tehsil-press.az


Oxşar xəbərlər