Azərbaycan Texniki Universitetinin tələbələri “Azərişıq” ASC-də işlə təmin olunacaq
Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri “Azərişıq” ASC-nin tanınmış təlimçilərinin onlayn təcrübə proqramında iştirak ediblər.
Üç ay davam edəcək proqramda tələbələr ixtisaslarına uyğun nəzəri biliklərini təkmilləşdirmək və praktiki tətbiq etmək imkanı əldə edəcəklər. Təcrübə proqramını yüksək nəticə ilə bitirən iştirakçılar ASC-də işlə təmin olunacaq.
Tehsil-press.az
- Baxış: 4644
Xəbərin tarixi: 27.08.2020 / 09:31
-
Oxşar xəbərlər