Bədən Tərbiyəsi və İdman Akademiyasında abituriyentlərə ixtisas seçimində ödənişsiz texniki dəstək göstəriləcək

Bədən Tərbiyəsi və İdman Akademiyasında abituriyentlərə ixtisas seçimində ödənişsiz texniki dəstək göstəriləcək Avqustun 23-30-da (şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 18:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında V ixtisas qrupunun bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarında “məqbul” qiymət almış abituriyentlərə kömək məqsədilə ixtisas seçimi etməkdə təmənnasız texniki dəstək göstəriləcək. Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski prospekti, 98.

Tehsil-press.az

Oxşar xəbərlər