“ABŞ Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq”

“ABŞ Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq” “ABŞ çox güman ki, Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq”.
Bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
Blinken bildirib ki, ölkə hərbçilərinin Əfqanıstanı tərk etməsindən sonra ABŞ bu ölkədəki səfirliyini də saxlamayacaq.
“ABŞ Əfqanıstanı tərk etməyə can atan və bunu sentyabrın 1-nə kimi edə bilməyən vətəndaşlara gələcəkdə də köməklik göstərmək niyyətindədir. Əfqanıstandan çıxmaq istəyən şəxslərin ölkəni tərk etməsini yüngülləşdirə bilən vasitələrimiz, mexanizmlərimiz var”, - deyə Blinken vurğulayıb.
Bununla yanaşı, ABŞ Dövlət katibi “Taliban”ın öz vədlərinə əməl edəcəyinə və Əfqanıstan sərhədlərini avqustun 31-dən sonra açıq saxlayacağına ümid etdiyini də söyləyib.
Blinkenin sözlərinə görə, hazırda ABŞ “Taliban” nümayəndələrinin sözlərinə inanmır və onları hərəkətlərinə görə qiymətləndirir.

Tehsil-press.az

Oxşar xəbərlər