BDU-nun qəbul planında II ixtisas qrupu üzrə boş qalan yerlər müəyyənləşdirilib

BDU-nun qəbul planında II ixtisas qrupu üzrə boş qalan yerlər müəyyənləşdirilib Bakı Dövlət Universitetinin (BDU) 2021-2022-ci tədris ili üzrə qəbul planında II ixtisas qrupu üzrə 62 yer boş qalıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
BDU-da sosiologiya, coğrafiya, hidrometeorologiya, tarix və coğrafiya müəllimliyi (Qazax filialı), həmçinin rus bölməsi ilə birgə müsabiqə aparıldığı sosiologiya (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.
Boş qalan yerlər BDU-nun Qazax filialını da əhatə edir.

Tehsil-press.az



Oxşar xəbərlər