Tələbə və məzunlar üçün konsultasiya istiqamətli silsilə görüşlərə start verilib

Tələbə və məzunlar üçün konsultasiya istiqamətli silsilə görüşlərə start verilib Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təcrübə və Karyera Mərkəzi tərəfindən konsultasiya istiqamətli görüşlərə start verilib.
Tələbə və məzunlar üçün “Zoom” platforması üzərindən təşkil olunan görüş 3 mərhələdən ibarət olacaq. Bu gün keçirilən ilk görüşdə mərkəzin müdiri Xanlar Qəniyev və böyük mütəxəssisi Afaq Sadiqova tələbələrə karyera yolunda ilk addım olaraq CV-nin düzgün tərtibi qaydalarını izah edib, CV hazırlanması zamanı onlayn resurslardan necə istifadə etmələri haqqında qısa məlumat veriblər. Bununla bağlı videoizahat nümayiş olunub. Eyni zamanda, ən çox yol verilən səhvlərə dair vacib məsələlərə toxunularaq müzakirələr aparıblar.
Qeyd edək ki, mərkəz tərəfindən təşkil olunan belə görüşlərin əsas məqsədi tələbələrə karyera qurmaqda düzgün istiqamət vermək və qarşıya çıxa biləcək problemlərin həllində onlara yardımçı olmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər