Osmanlı hökmdarlarının portretləri satışa çıxarılır

Osmanlı hökmdarlarının portretləri satışa çıxarılır “Christie's” hərrac evi Omanlıda Orxan Qazinin hökmdar olduğu 1326-cı ildən II Səlimin 1574-cü ildə vəfatına qədər 250 illik tarixi əhatə edən müddətdən altı hökmdarın portretini satışa çıxarır.
Hərrac oktyabrın 28-də baş tutacaq.
Orxan Qazi, I Bəyazid, İsa Çələbi, I Mehmet, I Səlim və II Səlimin portretlərindən ibarət seriya üçün 800 min-1 milyon 200 min funt sterlinq dəyər müəyyənləşdirilib.
Təxminən 1600-cü illərdən qalan portretlər Osmanlı sədrəzəmi Sokullu Mehmet Paşanın (1506-1579) təşviqi ilə 1579-cu ildə Venesiyadakı orijinal kolleksiyanın surətidir.

Tehsil-press.az

Oxşar xəbərlər