Gürcüstanda pandemiyanın beşinci dalğası elan edildi

Gürcüstanda pandemiyanın beşinci dalğası elan edildi Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası başlayıb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlamasında deyib.
“Yoluxanların sayı ciddi şəkildə artıb və bu da beşinci dalğanın başlanğıcı deməkdir. Təəssüf ki, bu dalğa yüksək göstəricilərlə başlayıb və bu səbəbdən maska taxmaq, məsafəni gözləmək, kütləvi toplaşmadan uzaq durmaq və vaksin olunmaq kimi tələblərə əməl etmək lazımdır”, - deyə Qamkrelidze bildirib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 2020-ci il 26 fevralda qeydə alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər