
Ziyarətdə Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və fakültə Tələbə Həmkarlar Təşkilatının fəalları iştirak ediblər. Çıxış edənlər şəhidin tələbəlik illərindən və döyüş yolundan danışıblar.
Şəhidin məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Aprel döyüşlərində iştirak edən Vüqar Məmmədov Vətən müharibəsində də igidlik nümunəsi göstərib. O, Füzulinin azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Tehsil-press.az