
Müqaviləni ATMU-nun rektoru İlham Mədətov və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç imzalayıblar. Sənədə əsasən türk dilinin tələbələr üçün tədrisinin təşkili, eləcə də Türkiyə Respublikasında fəaliyyət göstərən turizm və təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi əsas məqsəd olaraq müəyyənləşdirilib. Bununla yanaşı olaraq Türkiyədə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələri ilə bağlanması nəzərdə tutulan ikili diplom proqramının icrasında Yunus Əmrə İnstitutunun dəstəyindən yararlanmaq məqsədi əsas prioritetlərdən biri sayılır.
Tehsil-press.az