Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Misir Neft Araşdırma İnstitutunun direktoru, professor Əhməd Əl-Sabahi və bu ölkənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə görüşüb.
ADNSU-dan Tehsil-press.az-a bildiriblər ki, görüşdə professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin inkişaf mərhələləri, tədris prosesi, beynəlxalq əlaqələri, elmi araşdırmaları haqqında ətraflı məlumat verib. Universitetə əcnəbi tələbə və professorların cəlb olunması istiqamətində iş aparıldığını qeyd edən rektor bu il Azərbaycan-Fransız Universiteti (UFAZ) də daxil olmaqla təhsil müəssisəsinə 40-dək əcnəbi professorun cəlb olunmasının nəzərdə tutulduğunu bildirib.
Professor Əhməd Əl-Sabahi Misir Neft Araşdırma İnstitutunun fəaliyyətindən bəhs edib. ADNSU ilə müştərək layihələrin həyata keçirilməsi və yeni tərəfdaşlıq layihələrinin hazırlanmasında maraqlı olduqlarını deyən qonaq universitetlə əməkdaşlığa dair memorandum imzalanmasının əhəmiyyətini vurğulayıb.
Sonra elmi, praktiki və digər istiqamətlərdə görülə biləcək müştərək layihələr haqqında müzakirələr aparılıb.