UNEC QS Regional reytinqində 30 pillə irəliləyib

UNEC QS Regional reytinqində 30 pillə irəliləyib QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötənilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.
Ötən illə müqayisədə indikatorlar üzrə topladığı balları artıran UNEC builki nəticələrə görə yüksəlib və Azərbaycanın ən reytinqli 2-ci universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.
Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.
“Akademik reputasiya” indikatoru üzrə ötən illə müqayisədə 17 pillə irəliləyən UNEC regionda 136-cı, Azərbaycanda isə ikinci ən yaxşı nəticəni əldə edib.

Tehsil-press.az

Oxşar xəbərlər