Hollivudun 2021-ci ildə ən çox gəlir gətirən filmi məlum olub

Hollivudun 2021-ci ildə ən çox gəlir gətirən filmi məlum olub "Hörümçək adam: Evə yol yoxdur" filmi 2021-ci ildə nümayiş olunan ən çox gəlir gətirən Hollivud filmi olub.
Peter Parkerin macəralarından bəhs edən Marvel-in üçüncü filminin nümayişindən cəmi 12 gün sonra onun kassa gəlirləri 1 milyard dolları ötüb.
Yalnız "Qisasçılar: Final" və "Qisasçılar: Sonsuzluq savaşı" bu göstəriciyə daha az vaxtda - müvafiq olaraq 5 və 11 gündə çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər