
Bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko “NTA” telekanalının efirində deyib.
Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər.
“Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur”, - deyə komandir qeyd edib.
Tehsil-press.az