Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb

Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
Yeni Zelandiyada məscidlərdə terror aktı törətmiş 28 yaşlı Brenton Tarrant dirdirmə zamanı bu cinayətinin səbəbləri haqda danışıb.
Onun sözlərinə görə, o, bu hücum haqda ilk dəfə 2 il öncə düşünüb.
“2017-ci ildə Stokholmdakı terror aktından sonra məndə bu hücum haqda ideya yarandı”, – deyə Tarrant bildirib.
Qeyd edək ki, Tarrantın tanışları deyirlər ki, onun rəftarı ilə bağlı heç bir dəyişiklik hiss etmirdilər.
“O, heç vaxt ekstremist baxışlarla çıxış etməyib və özünü dəli kimi aparmayıb”, – deyə Tarrantın keçmiş müdiri qeyd edib.
Xatırladaq ki, Yeni Zelandiyada məscidlərə edilmiş terror hücumu zamanı 50 nəfər müsəlman qətlə yetirilib, təxminən bir o qədər də insan yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər