Texniki Universitetdə növbəti onlayn “Açıq qapı” günü

Texniki Universitetdə növbəti onlayn “Açıq qapı” günü Azərbaycan Texniki Universiteti (AzTU) və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə onlayn “Açıq qapı” günü keçirilib.
Tədbirdə universitetin rəhbərliyi ilə yanaşı, “Hədəf Kursları”nda təhsil alan abituriyentlər və onların valideynləri də iştirak ediblər.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov texniki sahə üzrə ali təhsilin məqsəd və hədəfləri barədə təqdimatla çıxış edib.
Görüş zamanı AzTU-nun ixtisasları və ötən il qeydə alınan keçid balları da abituriyentlərin diqqətinə çatdırılıb.
“Hədəf Kursları” MMC-nin icraçı direktoru Emin Sadiqov belə bir faydalı görüşün təşkilinə görə universitetin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, l və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlər üçün “Açıq qapı” günlərinin təşkili, həmçinin mühəndislik ixtisasına marağı olan yuxarı sinif şagirdlərinin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsi universitet-məktəb əməkdaşlığında əsas təbliğat istiqamətlərindən biridir.
Qeyd olunub ki, belə görüşlər mütəmadi olaraq davam etdiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər