İqtisadi Forumun təşkilatçıları və tələbə könüllülər mükafatlandırılıb

İqtisadi Forumun təşkilatçıları və tələbə könüllülər mükafatlandırılıb Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Zəfər yolu” adlı "UNEC İqtisadi Forumu 2021"in təşkilatçılarının və tələbə könüllülərin mükafatlandırılması mərasimi keçirilib.
Rektor Ədalət Muradov İqtisadi Forumun yüksək səviyyədə təşkil olunmasında iştirak edən əməkdaşlara və tələbə könüllülərə təşəkkürünü bildirib, forumun ölkədə böyük rezonans doğurduğunu deyib. İqtisadi Forumda ölkənin gələcək inkişafı ilə bağlı böyük əhəmiyyət kəsb edən ciddi müzakirələrin aparıldığını, eləcə də nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin bağlandığını diqqətə çatdıran rektor beynəlxalq müzakirə platformalarının yaradılmasının və sayının artırılmasının UNEC-in əsas hədəflərindən biri olduğunu vurğulayıb.
Rektor tələbə könüllülərin forumda göstərdikləri dəstəyi yüksək qiymətləndirib, onların məsuliyyətli davranış nümayiş etdirdiklərini bildirib. Diqqətə çatdırılıb ki, yerli və xarici qonaqlar forumda komanda işinin yüksək təşkilini xüsusi qeyd ediblər.
Sonra tələbə könüllülərə və forumun təşkilat komitəsinin üzvlərinə təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər