UNEC-in rektoru tələbə təşkilatlarının yeni seçilmiş sədrləri ilə görüşüb

UNEC-in rektoru tələbə təşkilatlarının yeni seçilmiş sədrləri ilə görüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov tələbə təşkilatlarının yeni seçilmiş sədrləri ilə görüşüb.
Seçkilərdə qalib gəlmiş təşkilat sədrlərini təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə rektor UNEC-in hədəflərindən və gələcək inkişafından söz açıb. Bildirib ki, UNEC-in əsas hədəflərindən biri tələbələri universitetin idarəetmə obyektindən onun subyektinə çevirməsi, onların idarəetmədə iştirakının təmin edilməsidir. UNEC-in tələbə cəmiyyətində baş verən yeniliklərlə bağlı müzakirələrə hər zaman açıq olduğunu deyən rektor yeni sədrlərə vətənpərvərliyin təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrin hazırlanması, elmi yeniliklərin araşdırılması, könüllülük işinin təşkili, yerli və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması istiqamətində təşəbbüskar olmağı tövsiyə edib.

Tehsil-press.az

Oxşar xəbərlər