Rusiya və İran XİN rəhbərləri İranın nüvə proqramı məsələsini müzakirə ediblər

Rusiya və İran XİN rəhbərləri İranın nüvə proqramı məsələsini müzakirə ediblər Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında çərşənbə axşamı telefon danışığı baş tutub.
Tərəflər İranın nüvə sazişinin təcili olaraq tam bərpa olunmasının əhəmiyyətini qeyd ediblər.
Vyanada saziş üzrə davam edən danışıqlar fonunda Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyət müzakirə olunub. Nazirlər JCPOA-nın ilkin formada tez bir zamanda bərpa edilməsini dəstəklədiklərini bildiriblər.
İki ölkə XİN başçısı İran prezidenti İbrahim Rəisinin Moskvaya son səfəri barədə də fikir mübadiləsi aparıb və geniş sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər