
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan ikinci görüşün ya Vyanada, ya da Cenevrədə keçirilməsi təklifi ilə çıxış edib.
"Serdar Kılıçla məsləhətləşdik, bilirsiniz, Cenevrədə keçmişdə uğursuzluq oldu, düşündük ki, eyni hadisənin davamı kimi olmasın. Bu səbəbdən Vyananı seçdik", - deyə o əlavə edib.
Tehsil-press.az