“Qondarma “DXR” və LXR”lə danışıqlar aparılmayacaq” - Zelenski

“Qondarma “DXR” və LXR”lə danışıqlar aparılmayacaq” - Zelenski “Kiyev Donetsk və Luqansk ilə birbaşa danışıqlara getməyəcək, çünki onlar heç nəyə qərar vermirlər”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RBC-Ukrayna”ya müsahibəsində deyib.
“Bu mənasızdır. Onlar sadəcə heç nə həll etmirlər. Buna niyə vaxt sərf edirsiniz? Onlar güllə atıb uşaq bağçasına, məktəbə girə bilərlər... Bax buna onlar qərar verirlər”, - Zelenski deyib.
Qeyd edək ki, separatçı Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR) fevralın 17-də səhər təmas xəttində vəziyyətin kəskin şəkildə gərginləşdiyini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər