Professor Vaqif Bayramov “Azərbaycanın fəxri” qızıl ordeni ilə təltif edilib

Professor Vaqif Bayramov “Azərbaycanın fəxri” qızıl ordeni ilə təltif edilib “Moy Azerbaydjan” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki Emil Nəsirli Moskvaya işgüzar səfəri çərçivəsində Moskvada yaşayan və işləyən alim həmvətənimiz, “Moy Azerbaydjan” beynəlxalq jurnalının redaksiya şurasının üzvü, professor Vaqif Bayramov ilə görüşüb.
Emil Nəsirli həmin görüşdə professor Vaqif Bayramova “Azərbaycanın fəxri” qızıl ordenini təqdim edərək jurnalın kollektivi adından onu ürəkdən təbrik edib.
“Moy Azerbaydjan” beynəlxalq jurnalının redaksiya şurası və kollektivi adından Sizə həmin jurnalın təsis etdiyi “Azərbaycanın fəxri” qızıl ordenini təqdim etməyi özümə şərəf sayıram”, - deyən baş redaktor daha sonra əlavə edib ki, professor Vaqif Bayramov elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə bu ordenlə təltif olunub.
Baş redaktor deyib ki, Vaqif müəllimin səyləri sayəsində indi Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHIU) aparıcı universitetlər sırasına daxildir. MDHIU-nun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada adi gənclərlə bərabər, fiziki imkanları məhdud olan gənclər də həyata vəsiqə alır. Bu, çox nəcib, şərəfli və məsuliyyətli işdir.
Görüşdə “Moy Azerbaydjan” beynəlxalq jurnalının baş redaktorunun diaspor məsələləri üzrə müavini Ağamusa Qənbərov çıxış edib.
Professor Vaqif Bayramov təltif edildiyinə görə jurnalın kollektivinə təşəkkürünü bildirib, onlara səmərəli iş, ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsini arzu edib.
Görüşdə Moskva Dövlət Humanitar-İqtisad Universiteti ilə əməkdaşlığın inkişafına sanballı töhfəsinə, beynəlxalq münasibətlərin inkişafına şərait yaradan ictimai fəaliyyətdə şəxsi iştirakına və bu sahədə yüksək nailiyyətlərə görə “Moy Azerbaydjan” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirliyə “Moskva Dövlət Humanitar-İqtisad Universitetinin fəxri professoru” adı verilib.
Baş redaktorun müavini Ağamusa Qənbərov “MDHIU.30 il” medalı ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər