ADA Universitetində tədbir: Elmin zərif simaları

ADA Universitetində tədbir: Elmin zərif simaları “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universitetinin dəstəyi ilə ADA Universitetində “TEDx” formatında “Elmin zərif simaları” adlı tədbir keçirilib. Tədbirdə vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “TEDx” formatlı tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
“Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə vurğulayıb ki, ölkəmizdə belə tədbirlərin tez-tez keçirilməsi tələbələrin aktiv fəaliyyətində, eləcə də onların fərdi və peşəkar inkişafında mühüm rol oynayır.
Tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, “ATL Academy”nin icraçı direktoru Mehriban Nəzərova, Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəhbəri, “Yüksəliş” müsabiqəsinin qalibi Güldanə Hidayətli, telejurnalist Günay Malikqızı, “PAŞA Bank” ASC-nin eksperti, “Femmes Digitales”in həmtəsisçisi Şəhla Məmmədova, Sağlamlıq və qidalanma üzrə rəhbər Minay Məsimova və doktorant Aygün Azadova çıxış ediblər.
Yekunda Ülvi Əlizadə tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Həmçinin tədbir zamanı vurğulanan məsələlərin nəinki qadınlara, eləcə də Azərbaycan gəncliyinə böyük motivasiya mənbəyi olacağını vurğulayıb.
Hibrid şəkildə təşkil edilən tədbirdə “Bir könüllü” təşkilatının üzvləri və ADA Universitetinin tələbələri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər