Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib - ÜST

Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib - ÜST Dünyada koronavirusa yoluxanların sayı 460 milyonu keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 679 216 yoluxma halı və 1 751 ölüm halı qeydə alınıb.
Hazırkı dövrədək koronavirusa 460 280 168 nəfər yoluxub. Onlardan 6 050 018 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az


Oxşar xəbərlər