Mühəndisliyin rolu və hədəfləri müzakirə olunacaq

Mühəndisliyin rolu və hədəfləri müzakirə olunacaq Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın İnnovativ İnkişafında Mühəndisliyin Rolu: Hədəflər və Perspektivlər” adlı elmi-praktik konfrans keçiriləcək.
Konfransın məqsədi mühəndislik elmləri üzrə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, yeni araşdırmaları, düşüncələri bölüşmək, problemlərə birgə həll yolu tapmaqdır. Belə ki, hazırda dünyada olduğu kimi ölkəmizdə də mühəndislik elmləri və ona yaxın digər elmi sahələr sürətlə dəyişir, inkişaf edir. İqtisadi inkişaf və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal, idarəetmə sahələrinə tətbiq edilməsi bütün sferalarda zəruri ehtiyac olaraq qarşımıza çıxır. 29-30 noyabrda baş tutacaq konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, ölkəmizin gələcəyinə töhfə vermək istiqamətində də ətraflı müzakirələr aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər