Marsel Lömonye: Korsika müstəqillik deyil, muxtariyyət istəyir

Marsel Lömonye: Korsika müstəqillik deyil, muxtariyyət istəyir Fransa mərkəzləşdirilmiş dövlət və polisin, ədliyyənin gücü ilə idarə olunur. Korsika vətəndaşları uzun illərdir ki, idarəçilik tələblərini irəli sürürlər. Korsika müstəqillik deyil, muxtariyyət istəyir.
M.Lömonye Korsikanın desantralizasiya idarəçiliyi istədiyini diqqətə çatdırıb: “Fransa hökuməti üzərinə düşən işi görmək istəmir. Bizim səsimizi eşitmək istəmirlər. Son günlər adada baş vermiş iğtişaşlardan sonra Prezident Emmanul Makron muxtariyyət məsələsinin müzakirə edilməsi ehtimalını qeyd edib. Ölkənin daxili İşlər naziri Jerald Darmanen də muxtariyyət məsələsinin müzakirə olunacağına vəd verib”.
Bastia sakini məsələ ilə bağlı hər hansı fikir yürütməyin erkən olduğunu qeyd edərək, zamana ehtiyac olduğunu bildirib.

Tehsil-press.az




Oxşar xəbərlər