ADU: Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı şeir müsabiqəsi elan edilib

ADU: Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı şeir müsabiqəsi elan edilib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Dillər Universitetinin Tələbə Elmi Cəmiyyəti, Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan dilçiliyi kafedrası tərəfindən şeir müsabiqəsi elan olunub.
Müsabiqədə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Üç şeirə diplom və pul mükafatı veriləcək.
Şeirlər mayın 6-dək [email protected] ünvanına göndərilməlidir.
Müsabiqənin nəticələri və mükafatlandırılma mərasimi barədə məlumat mayın sonunda elan ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər