BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər

BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər AMEA-nın Radiasiya Problemləri İnstitutu Bakı Dövlət Universiteti (BDU) ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirir. Belə ki, universitetin Fizika fakültəsində təhsil alan IV kurs tələbələri bu aydan etibarən institutun laboratoriyalarında istehsalat təcrübəsinə başlayıblar.
Mayın 25-ə qədər davam edəcək istehsalat təcrübəsində iştirak edən tələbələr institutun laboratoriyalarında onlar üçün yaradılan şəraitdən məmnun olduqlarını ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər