Pedaqoji Universitetdə görüş: Kitablar bizim dostumuzdur

Pedaqoji Universitetdə görüş: Kitablar bizim dostumuzdur Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “ON1000” Tələbə Gənclər Təşkilatlarına (TGT) dəstək proqramı çərçivəsində ADPU TGT-nin “SABAH” qrupları və Tarix klubunun təşkilatçılığı ilə “Kitablar bizim dostumuzdur” adlı görüş keçirilib.
Görüşün qonağı filosof-şərqşünas, psixoloq, teoloq, yazıçı-publisist Rövşən Abdullaoğlu olub. O, tələbələrə mütaliənin həyatımızda rolu, bədii ədəbiyyatın dünyagörüşümüzə təsiri və s. barədə məlumat verib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər