
Zoom tətbiqi vasitəsilə reallaşan görüşdə ADPU TGT-nin sədri İsmayıl Nəsirov, Səbail rayonu Gİİ-nin rəis müavini Xasay Vəliyev, NAYORA-nın koordinatoru, millət vəkili Səməd Seyidovun köməkçisi Akif Əmirov, görkəmli sənətkarlarımız Şəmistan Əlizamanlı və Təyyar Bayramov çıxışlar edib, Ağdamın tarixi, erməni vəhşiliyi, işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda Azərbaycan gənclərinin üzərinə düşən vəzifələr, son hadisələr fonunda qlobal miqyasda informasiya müharibəsində gənclərin rolu və öhdəlikləri, ayıq və çevik, provakasiyalara uymadan təşkilatlanmış formada fəaliyyətin önəmi kimi məsələlərə toxunulub və görüş iştirakçılarının fikirləri dinlənilib, sualları cavablandırılıb. Görüş Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları və Təyyar Bayramovun ifasında "Qarabağ Şikəstəsi" ilə davam edib.
Tehsil-press.az