
Təcrübə zamanı tələbələr balıqçılıq təsərrüfatlarının quruluşu, istehsalat prosesində istifadə olunan avadanlıq və qurğular, balıqartırma prosesinin biotexnoloji mərhələləri ilə tanış olublar. Azərbaycanın qiymətli vətəgə balıqlarından olan nərələrin süni artırılması prosesini, burada tətbiq olunan yeni texnoloji metodları əyani şəkildə izləyiblər. Azərbaycanda ilk dəfə tətbiq edilən, temperatur rejimi idarə olunan qapalı su təchizatı sistemində mayalanmış kürülərin inkubasiya prosesi, istehsalatın müxtəlif mərhələlərində itkilərin aradan qaldırılması üsulları, sürfə və körpələrin “hovuz üsulu” ilə yetişdirilməsi, həmçinin onların canlı və qarışıq yemlərlə yemləndirilməsi texnologiyaları ilə tanış olublar.
Tehsil-press.az