ADNSU-nun tələbəsi Dünya çempionatının qızıl medalını qazanıb

ADNSU-nun tələbəsi Dünya çempionatının qızıl medalını qazanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi Dünya çempionatının qızıl medalını qazanıb.
Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qızıl medalını qazanıb. O, 100 metrəyə brass növündə 1.05:66 nəticə göstərib.
V.İsrafilov ADNSU-nun üçüncü kurs tələbəsidir. Energetika fakültəsində elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alır. Çalışqan və məsuliyyətli tələbədir. Uşaq paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb. Sonuncu möhtəşəm uğuruna qədər bir çox beynəlxalq yarışların qalibi olub.

Tehsil-press.az


Oxşar xəbərlər