UNEC 92 yaşını qeyd edib

UNEC 92 yaşını qeyd edib Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) yaradılmasının 92 ili tamam olur.
Bu münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Günü” qeyd olunub.
Tədbirdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov “UNEC Günü” münasibətilə universitet rəhbərliyi adından müəllim, tələbə və əməkdaşları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra UNEC-in həyatında fəal iştirak edən müəllim, əməkdaş və tələbələr təşəkkürlnamələrlə təltif ediliblər.
Tədbir Yaradıcılıq Mərkəzinin bədii qiraət, rəqs və vokal qruplarının üzvlərinin ifasında bədii hissə ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər